Haqqımızda

CAPS Academy olaraq, İT sahəsində karyera qurmaq istəyənlər üçün çox yönlü və praktik təlimlər təklif edirik. Tələbələrimizi real dünya bacarıqları ilə təchiz edərək, onları texnologiyanın sürətlə inkişaf edən dünyasına hazırlayırıq. Web inkişafı, proqramlaşdırma, DevOps, süni intellekt, İT təhlükəsizliyi və Testing kimi müxtəlif sahələrdə dərslər təqdim edirik.

Azərbaycanda “SDET” sahəsində ilk strukturlaşdırılmış təlim proqramı !

 CAPS Academy olaraq, Azərbaycanda “SDET” (Software Development Engineer in Test) adı ilə rəsmi kurs təklif edən ilk tədris mərkəziyik. Biz SDET kursumuzu proqramlaşdırma, avtomatlaşdırma, test alətləri, CI/CD və real layihə bacarıqları ilə zənginləşdirmişik. SDETManual Testing sahələrinə verdiyimiz xüsusi diqqət, kursumuzun fərqli cəhətlərindən biridir. Testing sahəsi, İT dünyasında keyfiyyətin təmin edilməsində və tətbiqlərin uğurlu işləməsində həlledici rol oynayır. Bizim kurslarımız sizə test mühəndisliyi və beynəlxalq iş bazarı standartlarına uyğun test metodları haqqında dərindən biliklər qazandıracaq.

Kurslarımızda yalnız proqramlaşdırma dilləri (Java, Python və s.) deyil, həm də real test alətləri, avtomatlaşdırma kimi sahələrdə təcrübə əldə edirsiniz. SDET və Manual Testing dərslərimiz vasitəsilə test proseslərinin sirlərini öyrənəcək, məhsulun keyfiyyətini təmin etmək üçün bütün mərhələlərdə nə etməli olduğunuzu daha yaxşı anlayacaqsınız.

Təlimlərimiz həm yeni başlayanlar, həm də təcrübəli İT mütəxəssisləri üçün nəzərdə tutulub. Hər bir tələbəyə fərdi yanaşma göstərir, onlara real iş təcrübəsi qazandırır və onların öz sahələrində mütəxəssis olmalarını dəstəkləyirik. Bizim məqsədimiz yalnız nəzəri biliklər vermək deyil, həm də praktiki tətbiqetmələr üzərində çalışaraq işə hazır peşəkarlar yetişdirməkdir. CAPS Academy olaraq, keyfiyyət, praktiki təlimlər və fərdi inkişaf prinsiplərimizə əsaslanaraq, sizə ən müasir İT biliklərini və bacarıqlarını qazandırmaqdan qürur duyuruq.